Azərbaycanda bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 28-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimal olunur.

0.075257062911987