Ağır yanıq xəsarətləri alan beş yaşlı Əfsanənin anası: "Uşağa normal yemək belə ala bilmirəm"

Beş yaşlı Əfsanə ağır yanıq xəsarətləri alıb.

Bu barədə Xeber-ps.com-a onun anası Fərqanə Kərimzadə məlumat verib.

O bildirib ki, övladı aprelin 20-də ehtiyatsızlıq nəticəsində yanıb:

"Əfsanənin beş yaşı var. O, aprelin 20-də ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə apardıq. Əfsanə bir dəfə dəri köçürmə əməliyyatı keçirib. Hazırda evimizə qayıtmışıq. Amma onun müalicəsini davam etdirmək üçün imkanımız yoxdur. Nə dərmanlarını, nə də digər lazımi vasitələri ala bilirik. Vəziyyətimiz çox ağırdır. İnanın, bir neçə gündür uşağa normal yemək belə ala bilmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 937-70-14.

UniBank: 5243 7544 4435 8491.

1.0556960105896