Makronu Parisdə fitə basdılar

Fransa prezidenti Emmanuel Makron Parisdə Paralimpiya Oyunlarının bağlanış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb.

Xeber-ps.com-ın xəbərinə görə, bu barədə CNEWS telekanalı məlumat verib.

Tribunada Paralimpiya Komitəsinin rəhbəri Endryu Parsonsun yanında dayanan Makronun görüntüləri stadionun böyük ekranlarında yayımlananda ictimaiyyət bu şəkildə reaksiya verib. Qeyd olunur ki, bu mərasimdə çıxış edən nə Fransa komandası, nə könüllülər komandası, nə də Fransanın Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri bu qəbildən fitlərlə və etiraz dolu səs-küylə qarşılanmayıb.

Telekanalın məlumatına görə, Makronu pis vəziyyətdə qoyan ictimaiyyətin bu reaksiyası ölkənin daxili siyasi sahəsindəki çətin vəziyyətlə əlaqələndirilir, hansı ki, hökumətin istefasından təxminən iki ay sonra yeni baş nazir Mişel Barnye təyin edilib. Onun təyinatı bütün ölkədə solçu partiyaların tərəfdarlarının kütləvi etirazına səbəb olub, onlar Barnyenin yerinə solçu qüvvələrin nümayəndəsinin təyin olunmasını tələb ediblər.

 

0.2280158996582