Çarxaçu kəndinin sakinlərinin 60 faizi torpaqsız qalıb

Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətinin məlumatına görə Quba rayonu, Çarxaçu kəndindən müraciət daxil olub. Belə ki, Müstəqil Həmkarlar Birliyinə Quba rayonu Çarxaçu kənd sakini Sayılov Rüstəm Rəşid oğlu tərəfindən müraciət daxil olmuşdur. Bu müraciətdə qeyd olunur ki, 1997-ci ilə torpaq islahatları həyata keçirilən zaman onun payına düşən torpaq sahəsi çay yatağına düşdüyü, əkin və mal-qara oturmaq üçün yararsız olduğu  məlum olub. Daha sonra vətəndaşın müraciətləri əsasında ona  kənd təsərrüfatı ilə məşğul olmaq üçün əvəzedici torpaq sahəsi verilmişdir. Uzun müddət bu torpaq sahəsində əkin işləri aparılır və vətəndaş həmin müddətdə Dövlətdən subsidiya alıb. Lakin son vaxtlarda Bələdiyyə Dövlət Kadastr Xidmətinin xəritəsini əsas gətirərək kənddəki torpaqların müəyyən hissəsinin Bələdiyyəyə və köçəri mal-qara düşərgəsinə aid olduğu bildirib. Vətəndaş Sayılov Rüstəm Rəşid oğluna əvəzedici kimi verilən torpaq sahəsinin körçəri mal-qara düşərgəsinə aid olduğu və artıq burada təsərrüfat işləri aparmasına icazə verilmədiyi bildirilib.

Şikayətçi  Sayılov Rüstəm Rəşid oğlu ilə birlikdə Çarxaçu kəndinin sakinlərinin demək  olar ki, 60%-i torpaqsız qalıb, hal- hazırda qışın yaxınlaşması ilə əlaqədar olaraq daha da çətin vəziyyətdə olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Bələdiyyəyə müraciət olunsa da, müraciətin cavabında bildirilib ki, yenidən torpaq bölgüsü aparmaq Bələdiyyənin səlahiyyətində deyil.

Mətbuat Xidməti bildirir ki, məsələnin həlli ilə bağlı Müstəqil Həmkarlar Birliyi tərəfindən aidiyyəti üzrə Dövlət qurumlarına sorğular ünvanlanmışdır

.

0.062870025634766