Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi sentyabr ayında yaşıl meydanlara qayıdacaq.
Xeber-ps.com xəbər verir ki, topuğundakı zədəsini sağaldan 37 yaşlı forvard tezliklə komanda ilə məşqlərə start verəcək.
O, MLS ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) çempionatında, sentyabrın 14-də "Filadelfiya Yunion"la qarşılaşmada meydana çıxa biləcək. Bundan əlavə, Messinin gözləniləndən əvvəl, sentyabrın 1-də "Çikaqo" ilə görüşdə iştirakı da ehtimal olunur.
Qeyd edək ki, Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələnmişdi.