Bakı qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir

Bakının qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Bu baxımdan Azərbaycanda tədbirlərin baş tutması beynəlxalq aləmdə artan nüfuzun göstəricisidir. Bunlardan biri də noyabrda Bakıda keçiriləcək COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmayıb

Bunu "Xalq Cəbhəsi"nə prezidentliə eks namizəd Fuad Əliyev deyib.

O, qeyd edib ki, son illər ölkəmizin qazandığı uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar bu uğurların başlıca təminatçısıdır:

"Bunlardan biri də bu günlərdə şəffaflıq iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün paytaxtımızda keçirilən Bakı Qlobal Şəffaflıq Platforması dir. Bu tədbir də dünyanın diqqət mərkəzində oldu.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının işə salınmasını alqışladığını bildirib.
Noyabrda Bakıda keçiriləcək COP29 ərəfəsində bu tədbirin keçirilməsinin böyük əhəmiyyəti var".

0.22366380691528