Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Xeber-ps.com-a verilən məlumata görə, oktyabrın 27-də saat 08:00-da Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində VAZ-2115 markalı avtomobil yolun kənarında dayanan "Ford" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində VAZ-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin, 35 yaşlı Rusif Kərimov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.