Şərurda yaşayış evində yanğın olub.
Xeber-ps.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə gecə saatlarında Şərur rayonu, Danyeri kəndində birmərtəbəli, üçotaqlı fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
"Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisəsi nəticəsində evin 20 kvadratmetr dam örtüyü yanıb, 76 kvadratmetr dam örtüyü və otaqlar içərisindəki əşyalar yanğından mühafizə olunub" , - deyə nazirlikdən bildirilib.