Birinci kurs tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin "Coğrafiya müəllimliyi" ixtisası üzrə I kurs tələbəsi Məhəmməd Habil oğlu Quluyev vəfat edib.

Xeber-ps.com xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, səhhətində uzun zamandır problem olmasına baxmayaraq, o, təhsilini davam etdirərək istədiyi ixtisasa qəbul olub.

0.086269855499268