Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Sumqayıt şəhərində bir şəxsin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xeber-ps.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumat əsasında FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış yerinə cəlb ediliblər. Görülən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.