"Hizbullah" İsraillə danışıqlar üçün şərtini açıqladı

"Livanın İsraillə dolayı danışıqlara başlamasının şərti yalnız hərbi əməliyyatların tam dayandırılması ola bilər".

Xeber-ps.com xəbər verir ki, bunu "Hizbullah" hərəkatının baş katibi şeyx Nəim Qasım "Əl Manar" kanalı ilə yayımlanan televiziya müraciətində deyib.

"Dolayısı ilə danışıqlar yalnız o zaman başlayacaq ki, düşmən İsrail öz təcavüzünü dayandırmaq qərarına gəlsin. Livanın suverenliyinə hər hansı bir müdaxilənin qarşısını almaq üçün "Hizbullah" adından danışıqları respublika parlamentinin spikeri Nəbih Berri aparacaq", - deyə şeyx bildirib.

0.092324018478394