Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

"Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib".

Xeber-ps.com xəbər verir ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, 78 saylı Lənkəran kənd, 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairə komissiyalarının tərkibində dəyişiklik edilməsi qərara alınıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 21 saylı Nəsimi-Binəqədi dairə seçki komissiyasının da tərkibində dəyişiklik edilib.

Həmçinin, MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən 41 saylı Gəncə-Samux- Goranboy, 83 saylı Beyləqan və 103 saylı Şəmkir kənd seçki dairə komissiyalarının da tərkibində dəyişiklik edilib.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Mərahim Nəsib

0.1126389503479