Səudiyyə Ərəbistanı klubu Neymarla müqaviləyə xitam verəcək

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu braziliyalı ulduz Neymarın müqaviləsinə xitam verəcək.

Xeber-ps.com "Goal"a istinadən xəbər verir ki, "Əl-Hilal" rəsmiləri yenidən yanvar ayında Neymarla rəsmi olaraq yollarını ayıracaqlarını bildiriblər.

İllik 90 milyon avro maaş qazanan Neymara meydana çıxmadığı müddət ərzində ödəniş olunmayacağı bildirilib.

Qeyd edək ki, Neymarın "Əl-Hilal" klubu ilə müqavilə müddəti 2025-ci ilin iyul ayınadəkdir.

0.18827486038208