Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək.
Xeber-ps.com bu barədə TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilən Bişkek Bəyannaməsinə istinadən xəbər verir.
Bəyannaməyə əsasən, təşkilat ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda və qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər.
Xatırladaq ki, ki, TDT Dövlət Başçıları Şurasının 11-ci iclası bugünlərdə Qırğızıstanın paytaxtında keçirilib.