Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cənubi Qafqaz regionunda iqlim dəyişikliyinin mənfi təsirləri probleminə diqqət yetirdiyinə görə BMT-nin Ətraf Mühit Proqramına (UNEP) təşəkkürünü bildirib.
Xeber-ps.com xəbər verir ki, bu barədə H.Hacıyev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"COP29 iqlim konfransı ərəfəsində iqlim dəyişikliyinin daha geniş Qafqaz regionuna təsiri ilə bağlı faydalı hesabata görə UNEP-ə minnətdarıq", - deyə o qeyd edib.
Həmçinin bildirilib ki, anomal istilər və təbii fəlakətlər intensivləşsə də, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün hələ də imkan var.
thanks to @UNEP for useful report on impacts of climate change to the wider Caucasus region ahead of COP29.
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 6, 2024
•Rising temperatures have caused glaciers in the Caucasus to retreat an average of 600m over the past century, contributing to a loss of more than 11 billion tons of… pic.twitter.com/1rpuWdt876