İranın milli valyutası rekord həddə düşüb.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi yazıb.
Məlumata görə, İranın milli valyutasının dollara nisbətdə dəyəri tarixi minimuma - 70 min tümənə çatıb, bu ilin əvvəli ilə müqayisədə isə rialın dollara nisbətdə dəyəri 27% ucuzlaşıb.
"Hizbullah" və İsrail arasında münaqişə fonunda İran rialı ABŞ dollarına nisbətdə kəskin ucuzlaşıb.
İnvestorlar rialın dəyərinin azalmasının İran və İsrail arasında hərbi gərginliyin artması ilə bağlı olduğunu və devalvasiyanın davam edəcəyini bildirirlər.