“Prognoz verdiyim kimi, Brüsseldə nəzərdə tutulan üçtərəfli görüş, yenədə baş tutmadı”.
Bunu Baku News-a prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev üştərəfli görüşün baş tutmaması barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın açıqlamasını şərh edərkən bildirib.
“Mətbuata getdiyi ilk məlumatda Toivo Klaar bildirmişdir ki, vaxt olmadığına görə, görüş baş tutmayacaq. Klaar bildirmədi ki, görüş üçün kimin vaxtı yoxdur. Əgər Şarl Mişelin vaxtı yoxdursa, onda bu məntiqsiz və bir az da qeyri-peşakar olardı. Çünki özü görüşün keçirilməsinin vaxtını təklif edir və razılaşdırır. Ermənistan tərəfin də görüşdən imtina etməsi inandırıcı deyildi. Çünki prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsi, Paşinyanın və onun havadarların, xüsusilə Fransanın, istəkləri yarımçıq qalmışdır. Deməli, vaxt olmadığına görə, görüşdən imtina edən prezident İlham Əliyevdir. Və sonra da gün ərzində gələn xəbərlər bunu təsdiq etdi. Yəqin ki, İlham Əliyev görüşün gündəliyindən xəbərdar olduğuna görə buna etiraz edib. Fransa danışıqlar formatından uzaqlaşandan sonra, yeri gəlmişkın, bu da prezident İlham Əliyevin tələbindən sonra baş verdi, Avropa İttifaqı vasitəsilə Azərbaycana təzyiqlər edərək öz istəklərini zorla həyata keçirmək istəyir. Amma bu istək yenə də baş vermədi və prezident İlham Əliyev regionda kimin söz sahibi olduğunu yenə də ustalıqla nümayiş etdirdi”.