Maradonanın oğlu İspaniya klubuna rəhbərlik edəcək

Argentina millisinin əfsanəsi Dieqo Maradonanın oğlu Dieqo Sinaqra İspaniyanın "İbarra" futbol klubuna rəhbərlik edəcək.

Xeber-ps.com xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Klubla Sinaqranın müqavilə şərtləri açıqlanmayıb.

"İbarra" İspaniya çempionatının üçüncü güclü divizionunda çıxış edir və yeddi turdan sonra 7 xalla 12-ci qrupda 14-cü yerdədir.

Qeyd edək ki, 38 yaşlı Sinaqra 2008-ci ildə İtaliya millisində çıxış etmiş çimərlik futbolu oyunçusudur. O, məşqçi kimi İtaliyanın "Pompyi" və "Montekalçio" futbol klublarına rəhbərlik edib.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 61 yaşında .

0.075869083404541