Bakıda arvadı ilə birlikdə öldürülən şəxs aktyor imiş

Bakıda arvadı ilə birlikdə qətlə yetirilən 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç aktyor olub.

Xeber-ps.com xəbər verir ki, İ.Tkaç 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib.

O, 1997-ci ildən Rus Dram Teatrının aktyoru olub.

Oktyabrın 22-də saat 21 radələrində Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaçın və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

6.888612985611