Nadir "Corbin Sparrow 2000" mikroelektromobili hərraca çıxarıldı

"Bring a Trailer" onlayn hərracında biryerlik üçtəkərli "Corbin Sparrow" mikroelektromobili 10 851 dollara (təxminən 18 445 manat - red.) satılıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.

Maşın 2000-ci ildə istehsal olunub və modelin ümumi buraxılışı təxminən 300 nüsxə ilə məhdudlaşıb. Sadə görünüşünə baxmayaraq, bu kiçik avtomobil kolleksiyaçılar və ekzotik modellərə dəyər verənlər arasında maraq doğurub.

"Corbin Sparrow" elektrik avtomobili 90-cı illərin ikinci yarısında hazırlanıb. 1999-2003-cü illər arasında 300-ə yaxın belə avtomobil istehsal edilib.

Bu mikroelektromobilin qabarit ölçüləri 2 438 x 1 219 x 1 448 mm, təkər bazası isə 1 829 mm-dir. Beləliklə, "Corbin Sparrow" ölçü baxımından "Smart ForTwo" modelindən daha yığcamdır. Bir nəfərlik kokpitdə elektriklə idarə olunan şüşələr və CD pleyerli audiosistem mövcuddur.

Avtomobilin boş çəkisi 610 kiloqramdır, bunun 270 kiloqramı 12 şərti avtomobil akkumulyatoru blokuna aiddir. Akkumulyatorlar 26 at gücünə malik elektrik mühərrikinə enerji verir və avtomobilin maksimum 80 km məsafə qət etməsinə imkan yaradır. Maksimal sürəti isə 120 km/saat təşkil edir.

Satışa çıxarılan "Corbin Sparrow" indiyədək 3 700 km yol qət edib və uzun müddət istifadə olunmayıb.

0.076047897338867