Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun ilk oyun günündən sonra turnir cədvəlində dəyişiklik olub.
Xeber-ps.com xəbər verir ki, hər üç görüşdə qələbə qazanan "Aston Villa" doqquz xalla turnir cədvəlinin vahid lideridir. Hərəyə yeddi xalı olan "Monako", "Sportinq" və "Arsenal" 2-4-cü yerləri bölüşürlər.
Aktivində altı xalı olan "Borussiya Dortmund", "Brest", "Benfika", "Bayer Leverkuzen", "Real Madrid", "Liverpul" və "Yuventus" 5-11-ci pillələrdə qərarlaşıblar.
Hərəyə dörd xalı olan "Mançester Siti", "İnter", "Sparta Praqa", "Atalanta", "Ştutqart" və PSJ isə 12-17-ci sıralarda yer alıblar.
18-26-cı yerləri bölüşən "Bavariya", "Barselona", "Jirona", "Milan", "Lill", "Seltik", "Feyenoord", "Atletiko Madrid" və "Brügge"nin isə aktivində üç xalı var. PSV iki xalla 27-ci sıradadır.
Hərəyə cəmi bir xalı olan "Boloniya", "Şaxtyor" və "Dinamo Zaqreb" 28-30-cu pillələri bölüşürlər.
Xalsız olan "Leypziq", "Şturm Qraz", "Zalsburq", "Yanq Boyz", "Srvena Zvezda" və "Slovan Bratislava" isə 31-36-cı yerlərdə qərarlaşıblar.