“Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş, ola bilər ki, yenədə baş tutmasın”
Bunu Baku News-a prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev ABŞ və Avropa Birliyinin birgə bəyanatlarını şərh edərkan bildirib.
O qeyd edib ki, ABŞ və Avropa Birliyi Azərbaycandan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyin qorunmasını tələb edir:
“30 il ərzində Azərbaycan Qərbin ikili standartların qurbanı olub. Xüsusilə də ABŞ və Fransanın. Bu ölkələr, hələ ATƏT-in yaratdığı “Minsk grupu” turist şirkəti dövründə, Qarabağ problemin həlli üçün yox, uzadılması üçün çalışırdılar. Onlar bizim yüz minlərlə qaçkın və məcburu köçkünləri görmək istəmirdilər, Xocalı soyqırımı, ümumiyyətlə bizim torpaqlarımızın işğal faktı belə qəbul etmirdilər. Qərbi Azərbaycanlıların öz yurdlarından didərgin olanda, niyə ABŞ və Avropa Birliyi onların öz dədə-baba torpaqlarında yaşamaq hüquqlarını müdafiə etmədilər? İndi isə, öz xoşu ilə Azərbaycanı tərk edən ermənilərin hüquqlarını canfəşanlıqla müdafiə edirlər... Güyə bu etnik təmizləmədir. Səhf edirsiz, etnik təmizləmə 30 il qabaq Ermənistanda olub azərbaycanlılara qarşı. Ermənistan digər xalqlara da etnik təmizləmə siyasətini apararaq, olub mono-respublika. Son statistikaya görə Ermənistanda 99% ermənilər, 1% isə digər millətlər yaşayır”.
“Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlikləri tam təmin ediləcək. Necə ki Azərbaycanda yaşayan 30 min erməninin hüquqları qorunur. Qarabağda yaşayan erməniləri heç kim qovmayıb. Onlar getmək qərarı özləri verdilər. Bu BMT Qarabağa müşahidə misiyanın hesabatında da qeyd olunmuşdur ki, onlara təzyiq olmayıb. ABŞ, Fransa, Avropa Birliyi BMT-nın hesabatını saymırlar, necə ki, illər öncə qəbul olunan 4 qətnamələri. Hesab edirəm ki, bizə belə münasibətlərə görə Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş, ola bilər ki, yenədə baş tutmasın”-Fuad Əliyev qeyd etdi.