Fuad Əliyev: "HƏMAS” terrorçu təşkilatdır və İsrailin məhz bu terrorçu təşkilatı ilə müharibə edir

“HƏMAS”ı nə fələstin xalqı ilə, nə də Fələstin hakimiyyəti ilə eyniləşdirmək olmaz. “HƏMAS” terrorçu təşkilatdır və İsrailin müdafiə güvvələri məhz bu terrorçu təşkilatı ilə müharibə edir”.

Bunu prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev Xəbər-PS-a açıqlamasında bildirb. Onun sözlərinə görə, son terroru İsrail başlamayıb:

“Məhz HƏMAS Qəzza zolağından İsrailə hücum edib. Həmin gün İsrail ərazisinə kütləvi raket zərbələri ilə hücum və 1300-dən çox insanın qətlə yetirilməsi ilə nəticələndi. Yüzlərlə günahsız insan, festivalda iştirak edən mülki şəxslər, xarici vətəndaşlar, o cümlədən Azərbaycan vətəndaşları, öldürülüb. Bir şey qeyd etmək lazımdır. HƏMAS”ı nə fələstin xalqı ilə, nə də Fələstin hakimiyyəti ilə eyniləşdirmək olar. “HƏMAS” terrorçu təşkilatdır və İsrailin müdafiə güvvələri məhz bu terrorçu təşkilatı ilə müharibə edir. Fələstin prezidenti Mahmud Abbas baş verən hadisələri onlara aid olmadığını bəyan etdi”.

“İsrail adekvat cavab verdi. Hətta Qəzza zolağında yaşıyanlara şimaldan cənuba getməyə vaxt verdi ki, hücum zamanı onlar həlak olmasınlar. Hesab edirəm ki, biz, birmənalı olaraq İsraili dəstəkləməliyik. İsrail uzun illərdir ki, bütün beynəlxalq platformalarda Azərbaycanın ədalətli mübarizəsinin yanında olub, ABŞ da daxil olmaqla, bir çox ölkədə lobbiçiliyimizi edib. Təsadüfi deyil ki, azərbaycanlılar 10 noyabr qələbəsini qeyd edəndə Türkiyə, Pakistan ilə bərabər, İsrail bayrağını da qaldırmışdılar. Biz də öz növbəmizdə İsrailin terrora məruz qaldığı bir vaxtda, terrorla mübarizə etdiyi bir vaxtda onlara dəstək verməliyik”- Fuad Əliyev qeyd edib.

Onun sözlərinə görə “HƏMAS” və Fələstin dövləti həmişə açıq və dolayısı ilə erməniləri dəstəkləyib:

“Fələstinin istərsə keçmiş, istərsə indi ki hakimiyyəti Azərbaycanı dəstəkləməyib, əksinə işğalçı Ermənistanın yanında olub, onun işğalçı siyasətini dəstəkləyib. Fələstində yetişdirilən erməni terrorçuların Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilməsində və azərbaycanlıların qətlinə şərait yaradılmasında “HƏMAS”ın birbaşa əli var. Fələstin hakimiyyəti də bu muzdlu erməni terrorçuları ilə illərdir əlaqədədir”.

0.10945677757263