Fuad Əliyev: Ermənistan bəşəri cinayətlərinə görə beynəlxalq məhkəmədə cavab verməlidir

Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları, təcavüzkar hərəkətləri, geniş miqyasda törədilən terror aktları, 100 minlərlə azərbaycanlının öz yurdlarından çıxarılaraq zorla deportasiya edilməsi, kütləvi etnik təmizləmə siyasəti – bütün bunlar beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsi və digər sənədlərinə, ATƏT və Avropa Şurasının prinsiplərinə ziddir və Ermənistanın beynəlxalq məhkəməyə, beynəlxalq hərbi tribunala cəlb olunması, ona qarşı sanksiyaların tətbiq olunması üçün kifayət olduğundan artıqdır.

Bunu "Xalq Cəbhəsi"nə siyasi ekspert Fuad Əliyev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “İnsan hüquqları müdafiəsinin problemləri: ombudsmanların səlahiyyətlərinə dair müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda VII beynəlxalq elmi-praktiki konfransda həm Vətən müharibəsində, həm də postmüharibə dövründə Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılması fikrinə münasibətində deyib.

F.Əliyevin sözlərinə görə, 2000-ci illərin əvvəllərində BMT-nin inkişaf fondu olan UNDP-nin işğal olunmuş ərazilərlə bağlı Azərbaycana dəyən ziyanın Azərbaycana istinadən hesablanması nəticəsində birinci Qarabağ müharibəsi nəticəsində ölkəyə 50 milyard dollar zərər vurulduğu ortaya çıxmışdı:

"Ermənistan bəşəri cinayətlərinə görə beynəlxalq məhkəmədə cavab verməlidir. Qalib Azərbaycan heç nəyi unutmayacaq, Ermənistan yaxşı başa düşür ki, rəsmi Bakı onun bəşəri cinayətlərinin üstündən sakitliklə keçməyəcək. Vaxt gələcək Ermənistanın cinayətkar rəhbərliyi beynəlxalq məhkəmələrə çəkiləcəklər".

0.17782187461853