Prezidentliyə eks-namizəd, Müstəqil Həmkaralar Birliyinin sədri Fuad Əliyev Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağın ucaltmasına münasibət bildirb.
"Tanrı son 30 ildə bizə azadlıq və müstəqil olduğumuzu bəxş etdi. Millətimizin imzası imzalar içərisində yer tutdu, müstəqil Azərbaycanımız dövlətlər sırasına qoşuldu, bayrağımız dünyanın əksər ölkələrdə qaldırıldı.
30 il ərzində bir arzu ilə yaşamış xalqımız, məhz bu gün, prezident İlham Əliyevin Prezident seçilməsinin 20 illiyini qeyd etdiyimiz günü, son NİDAnı gördü.
Bayrağımız Xankəndində ucaldı.
Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanır.
Böyük qələbəmizin təcəssümü olan Zəfər günü ilə Bayraq gününün ardıcıl olaraq qeyd edilməsi təqvimdə xoş bir təsadüf oldu. Şanlı zəfərimiz nəticəsində üçrəngli bayrağımız artıq 30 ilə yaxın həsrət qaldığı torpaqlara qovuşdu, Qarabağ diyarını öz ay-ulduzu ilə bəzədi.
Eşq olsun Azərbaycan əsgəri və zabitlərinə!
Eşq olsun Azərbaycan Prezidenti İlham Əliyevə!
Eşq olsun, Azərbaycan bayrağına!
Qarabağ Azərbaycandır!!!"