“Gürcüstan Azərbaycan-Ermənistan sülh danışıqları təşkil edə bilər. Azərbaycan buna hazırdır. Ermənistan isə yox. Onun havadarları, xüsusilə Fransa, hələki buna razılıq vermir”
Bu fikirləri Xəbər-PS-a açıqlamasında prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev deyib.
“Bizim Gürcüstanla ikitərəfli münasibətlərimiz var. Gürcüstan Azərbaycan vasitəsilə böyük neft, qaz layihələrində iştirak edir. Bu layihələrdən böyük gəlir əldə edir. Azərbaycan dövləti Gürcüstanda böyük investitsiyalar yatırır. Prezident İlham Əliyevin Gürcüstana son səfəri, dövlətlərarası münasibətlərin inkişafına töhfələr verəcək. Enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığ üçün işlər görülür”- Fuad Əliyev qeyd edib.
Fuad Əliyevin sözlərinə görə, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması onu göstərir ki, sülhə doğru addım atıla bilər:
“Prezident İlham Əliyev Azərbaycan-Ermənistan görüşü üçün Gürcüstanı təklif edib
Gürcüstan hökuməti bu sülh danışıqlarına yardım etməyə hazır olduğunu bildirib. Deməli, Gürcüstan Azərbaycan-Ermənistan sülh danışıqları təşkil edə bilər. Azərbaycan buna hazırdır. Ermənistan isə yox. Onun havadarları, xüsusilə Fransa, hələki buna razılıq vermir”.