ABŞ rəsmilərinin “Ukraynada müharibə, axırıncı ukraynalıya gədər olacaq” bəyanatları heç də sülhün bərqərar olmasına xidmət etmir. Ümumiyyətlə, ABŞ-ın son 30 il ərzində yürütdiyi xarici siyasət heç bir dövlətə xeyir gətirməyib. Xüsusilə də demokratların hakimiyyəti dövrlərində. Əgər respublikaçıların hakimiyyəti zamanı daha çox daxili siyasət maraqlanırdısa, demokratların isə əksinə, “demokratiya” adı ilə başqa ölkələrin daxili işinə qarışmaq olub.
Baxın, Əfqanistana. 1988-ci ildə Sovet ordusu Əfqanıstandan çıxdı. Sovet əsgərini əfqan xalqı gül-çiçəklə yola saldı. On il ərzində, 1979-1988-ci ilə gədər Sovet hakimiyyəti Əfqanıstanda onlarla məktəb və institut inşa edib, zavod və fabrik tikib. 2001-ci ildə ABŞ Əfqanıstana girir və düz 20 il ərzində “Azdlığın keşikçisi” hərbi əməliyyat adı altında Əfqanistanın şəhərləri, bütün infrastrukturunu dağıdır. Hamımızın yadındadır ki, amerikalı hərbçilər Əfqanistanı necə tərk edirdi. Sözün əsl mənasında demək olar ki qaçırdılar... Bu 20 il ərzində ABŞ Əfqanıstanı dünyanın bir nömrəli narkotik idxalı dövlətə çevirmişdir.
İraq, Liviyə, Suriya, Misir. Bu siyahını davam etdirmək olar. Necə olur ki, “kimyəvi silah” adı ilə İraqı işğal edəsən, Səddam Hüseyni bütün dünya gözü qabağında asasan və bir ildən sonra ABŞ rəsmilərin “orada kimyəvi silah olmayıb” bəyanatların eşidəsən. Eyni ilə Liviyada Qəddafinin devrilməsini, sonra öldürülməsinin təşkil edilməsi. Nə İraq, nə Liviya, nə də Suriya ABŞ-ın gətirdiyi “demokratiyadan” özlərinə gələ bilmirlər.
Yaxın qoşumuz Gürcüstanda da demək olar ki, vəziyyət nisbətən stabildir. Qərbin, xüsusilə də ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn Saakaşvili və onun hakimiyyəti, faktiki olaraq Gürcüstanın iki ərazisinin itirilməsi ilə nəticələndi.
İndi də Ukraynada həmin siyasətini aparır. Necə ki, Saakaşviliyə hərbi əməliyyatları başlamaq üçün sövq edirdi, indi də Zelenskini bu “tələyə” saldı. Niyə demokrat Yuşşenko və yaxud Poroşenko bu işə razılıq vermədilər? Bəyəm onlar Ukrayna dövlətini, xalqını Zelenskidən az istəyirlər? Əsla yox. Əksinə, xalqı və dövləti daha çox istədiklərinə görə praqmatik oldular, ağıllı siyasət yürütdilər. Bu bir daha göstərir ki, ABŞ üçün yaxın, müttəfiq, dost ölkə anlayışı yoxdur. Onlar üçün birinci növbədə öz maraqları üstündür. Hər bir münaqişədən ABŞ-ın hərbi sənaye kompeksi qazanır.
ABŞ-nın bu siyasətindən Azərbaycan da rastlaşıb. 30 il ərzində Azərbaycanın torpaqlarının işğalını görməyən, yüz minlərlə azərbaycanlının qaçqın və didərgin həyat sürdüyünə biganə olan, Xocalı soyqırımına əhəmiyyət verməyən ABŞ olub.
2020-ci ildə Azərbaycan əsgəri və Ali baş komandan İlham Əliyev BMT-nin məlum dörd qətnaməsinin həyata keçirilməsini öz üzərlərinə götürdü. Azərbaycan torpaqlarını işğaldan azad etdi.
Üç il keçməsinə baxmayaraq bizim bu qələbəni Qərb, o, cümlədə ABŞ və Fransa, “həzm” edə bilmir. Bu üç il ərzində Azərbaycanın daxili siyasətinə müxtəlif vasitələrlə qarışır.
Bu 30 il ərzində ABŞ-ın Azərbaycanın qeyri-hökümət sektoruna ayırdığı millionlarla dollar, Azərbayanın inkişafına yox, stabilliyin pozulmasına, xaosa yönəldilmişdir. Bu illər ərzində Konqresdə Azərbaycanla bağlı dinləmələr keçirilib. Birində də torpaqlarımızın işğal faktı qeyd olunmamşıdır. Amma hər dəfə Qarabağda yaşayan ermənilərin “status hüququ” və digər Azərbaycan Konstitusiyasına zidd olan təkliflərin verilməsinin şahidi olmuşduq və oluruq da.
Necə olur ki, prezident İlham Əliyev “status məsələsi bitib”, Rusiya rəsmilərin “status məsələsi yoxdur”, Ermənistan baş nazir Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir, biz Azərbaycan ərazisinin 86.6 min km2. tanıyırıq” bəyanatları olaraq, ABŞ rəsmiləri isə “Dağlıq Qarabağ xalqından” danışırlar?! Bu bir daha ABŞ-ın regionda sülhün və sabitliyin marağında olmamasın göstəricisidir.
Azərbaycan istənilən ölkələrin özünə qarşı belə ikilistandart siyasətini qəbul etməyib və bundan sonra da etməyəcək. Bunların istəyi keçməyəcək.
Azərbaycan heç vaxt başqa ölkələrin torpaqlarını işğal etməyib. Bizim torpaqlar işğal altında idi. Xalqımız Azərbaycan əsgəri və Ali baş komandan İlham Əliyevin arxasında durdu və torpaqlarımızı işğaldan azad etdi. Bundan sonra da belə olacaq.
Azərbaycan dövlətinə qarşı təhlükə yaranarsa xalq yenə də bir yumruq kimi birləşəcək.
Fuad Əliyev
Siyasi ekspert