“Laçın rayonu Azərbaycanın ayrılmaz hissəsidir. Bakının dəhlizin humanitar istiqamətini qorumaq və keçid məntəqələri yerləşdirməyə tam hüququ var. Bunu da edib. Keçid məntəqənin açılması ilə Ermənistanın Qarabağda qalan qeyri-qanuni silahlı separatçılara yeni silahların vermək cəhdinin qarşısını alınıb”
Bunu Baku News-a siyasi ekspert Fuad Əliyev açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan da öz ərazisində Zəngəzur tərəfdə keçid məntəqəsini aça bilər:
“Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın Sünik rayonu ərazisindən açılması nəzərdə tutulan Zəngəzur dəhlizində İrəvanın da analoji keçid məntəqələri quraşdırmaq hüququ var. Paşınyan isə imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin icrasını hər cür ləngidir. Rəsmi İrəvan başa düşməlidir ki, Zəngəzur dəhlizi gec-tez açılacq. Və dəhlizin açılması region dövlətlərin, o cümlədə Ermənistanın, xeyrinə olacaq”.
Fuad Əliyev hesab edir ki, silahlı separatçılara qarşı yaxın zamanlarda Azərbaycan Ordusu genişmiqyaslı hərbi əməliyyat keçirəcək:
“Azərbaycan Ordusunun hələ də orada qalan qeyri-qanuni silahlı separatçıların Qarabağ ərazisindən sıxışdırıb çıxarmaq üçün hərbi əməliyyat keçirmək hüququ var. Və bu qaçılmazdır. Separatçıların çıxarılması və yaxud məhv edilməsi, nəyinki Azərbaycana, bütün regiona sülh və sabitlik gətirəcək”- Fuad Əliyev bildirdi.
Onun sözlərinə görə Ermənistanda bəzi revanşist qüvvələr Qərbdən, xüsusilə Fransadan, dəstək alaraq regionda yeni münaqişənin başlanmasını istəyirlər:
“Erməni tərəfi Qərb tərəfdaşlarının maraqlarını təmin etmək üçün vaxtaşırı Azərbaycanla sərhəddə Ordumuzun mövqeylərini atəşə tutur. Bu istər-istəməz regionda eskalasiyanın yeni raunduna çıxara bilər. Ermənistan və onların Qərb havadarları bilməlidirlər ki, bu addımlar regionda sülhün bərpasına töhfə verməyəcək. Sülhün bərpası yenə də Azərbaycan əsgər və zabitlərin üzərinə düşür. Bir əməliyyatla sülh bərpa olunacaq”.