Azərbaycan müstəqilliyi qazanandan sonra Qərb ölkələri Azərbaycana qarşı ikili standartlar siyasətini yürüdür. Ermənistan Azərbaycan torpaqlarını işğal edən gündən ABŞ-ın 907-ci düzəlişi qəbul etməsi, Ermənistanda və Azərbaycanın Qarabağında yaşayan yüz minlərlə azərbaycanlının qovulması, öldürülməsi kimi yüzlərlə fakt göstərmək olar. Bu hadisələr çox keçmişdə olmayıb, 30 il bundan qabaq baş verib. Və xalqımızın soyqırımı baş verəndə özünü “demokratiya” və “insan hüquqlarını” qoruması ilə “fəxr” edən Qərb nə üçünsə susdu. Əksinə biz gördük ki, beynəlxalq qurumlar, hüquq müdafiə təşkilatları Azərbaycana qarşı ittihamlar irəli sürdülər ki, day demə biz, Azərbaycanda yaşayan ermənilərin hüquqlarını pozuruq.
Bu 30 il ərzində Azərbaycan cəmiyyəti olaraq Qərbin ölkəmizə bu ikili standartlar siyasətinə qarşı mübarizə aparıb. Azərbaycan xalqı əsgər, zabit və Ali Baş Komandan ətrafında birləşərək, 44 gün gedən müharibədən sonra, 9 noyabr 2020-ci ildə torpaqlarımızı işğaldan azad edərək Qarabağı Azərbaycana qaytardı.
İstər 44 gün gedən müharibə dövrü, istərsə müharibədən sonra Qərb dayanmadan Azərbaycana təzyiqlər edir. Demokratik dəyərlərdən bəhs edən Qərb ölkələri, bəzi təşkilatlar ölkəmizə qarşı bəyanatlar, yazılar dərc edirlər. Nəvbəti belə yazı “Forbes” nəşrində gedib. Məlum məsələdir ki, bu yazı, Ermənistanı təbliğ edən, reallıqdan uzaq olan, sifarişlidir.
“Forbes” nəşri və ümumiyyətlə, Qərb dairələri bu günlərdə İrəvanın mərkəzində “Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin” tələbini və “Türksüz Ermənistan” şüarını səsləndirəndə niyə reaksiya vermirlər.
Ermənistan və onların havadarları bilməlidirlər ki, azərbaycanlıların növbəti qayıdacaqları yer Qərbi Azərbaycandır. Necə ki, 30 ildən sonra ədalət bərqərar olundu, biz Qarabağı işğaldan azad etdik, eləcədə azərbaycanlıların öz doğma dədə-baba torpaqlarına, Qərbi Azərbaycan torpaqlarına qayıdacaqlar.
Fuad Əliyev
Prezidentliyə eks-namizəd,
Müstəqil Həmkarlar Birliyinin sədri