“TİK-TOK”çu İlqar Məmmədov
“Siyasi partiyalar haqqında” Qanunun tələbləri özünü illərdir fövqəl siyasətçi adlandıran bəzilərini çətinlik qarşısında qoyub.
Siyasi arenasının fövqəl siyasətçi hesab edənlər üçün indi partiyarını qeydiyyatdan keçirmək üçün cəmi 5 min üzv toplamaq problem oldu.
ReAL sədri İlqar Məmmədov da partyasının qeydiyyatsız qalacağını təxmin edirdi. O, son çıxışlarında deyirdi ki, yaxın 2 ayda üzvlərin sayını 5 minə çatdıra bilməsələr, partiyanın qeydiyyatı ləğv olunacaq:
"Siz də növbəti seçkildə bizə daha səs verə bilməyəcəksiniz. Bizim siyasi səhnədə qalmağımızı istəyirsinizsə, sayta daxil olun və 3 dəqiqə ərzində qeydiyyatdan keçin”.
Paho... Day demə, bu partiya geydiyyatdan keçməsə az qala dünyanın dağılacağını demək istəyirdi. Bu və partiyanın qalan iki nəfəri - Natiq və Erkin, son aylar vətədaşlara təzyiq və şantaj edirdilər ki, üzv olun, yoxsa.... biz acından oləcəyik, aldığımız grantları biz necə qaytaracağıq....
İlqar düşdü Tik-Tok – un canına. Tik-Tok “camaatı” İlqarı görəndə elə biliblər ki, hansısa yarışmada iştrak edir və tamaşaçılardan səs istəyir.
İndi bu İlqar 5 min “üzvün” siyahısını Ədliyyə Nazirliyə təqdim edib. Ədliyyə Nazirliyi də, ona hörmət edib, inanıb ki, həqiqi üzvlərin siyahısını verib, öz dəyərli vaxtını yoxlamağa həsr edib. Yoxlayandan sonra məlum olub ki, iki min altı yüzə yaxın “üzv”ün ümumiyyətlə, heç bir dövlət qurumlarda adları yoxdur, yəni bu adlar saxtadır.
İndi bu üç nəfər, İlqar, Natiq və Erkin, “partiyanı” bağlamaq əvəzinə, deyirlər ki, bir ayda imzaları yığıb verəcəyik...
Ay qardaş, sən altı ayda yığa bilmədin, bir aya yığıcaqsan?!
Bəs deyirdiz ki, üzvlərin sayına görə, partiyanız YAP-dan sonra ikincidir.
Hanı partiyanızın qalan 50 min üzvü?!
Neyisə, özünüzü biabır etdiz, day bəsdir. Gedin sakitçə, Ədliyyə Nazirliyin işinə mane olmayın, dəyərli vaxtlarını almayın.
Baku News informasiya şöbəsi