Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ölkədən çıxışına qadağa qoyulub. Bu haqda ALDP Mətbuat Xidmətinə DİN-in mətbuat xidmətinə istinadən bu gün, 10 fevral tarixində xəbər verir.
Fuad Əliyev ALDP Mətbuat Xidmətinə bu barədə fikir bildirib:
“Hazırda qanunsuz olaraq ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Heydər Əliyev adına Hava Limanındayam. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”.
DİN-dən verilən açıqlamaya görə isə onun barəsində tətbiq olunan bu qərara aydınlıq gətirmək istəməyib.
Hazırda Daxili İşlər Nazirliyində araşdırma aparılır. ALDP sədri Fuad Əliyevin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.