Bu günlərdə ahıl yaşına çatmış, amma ağıldankəm olan Cəmil Həsənlinin sosial şəbəkələrdə bir statusu rastıma gəldi. Onun statusunu dördüncü cümləsini oxuyarkən, məşhur “Evləri köndələn yar” tamaşasında “Sən doğrudan, nastoyaşiy professorsan?” sözləri yadıma düşdü. İndi sən, Cəmil, doğrudan, nastoyaşiy professorsan?
Cəmil Həsənli sən, Elmar Məmmədyarovu, nazir vaxtlarında aldadaraq, heç bir qəpik qiyməti olmayan kitabları çap etməsi üçün külli miqdarda pul götürərək Bakı-Moskva yolunu, Bakı-Sumqayit yoluna çevirmişdin. Niyə bir qəpik? Çünki sənin çap etdiyin istənilən kitabı açanda, (onlar əsasən rus dilindədir) istinad etdiyin müəlliflərin adları kitabin üçdə birini təşkil edir. Sən Cəmil, kitablarda “Ön söz”dən başqa heç nə yazmırsan. Sən Cəmil, başqa professorların tarixi kitablarından, bir-iki məlumat götürüb öz kitabını buraxmısan. Nə tarixi araşdırma, nədəki başqa ciddi bir iş görmədən sənə “professor” deyirlər. Necəki prezident seçkilərində sənin saxta əllik qrupuna görə üç min manat pensiya alınması ifşa olunduğu kimi, sən Cəmil, saxta professorsan!
Yenə də partiyalara ilişirsən, ay Cəmil Həsənli. Bağlanan partiyalar fəaliyyət göstərəndə deyirdin ki, niyə lazımdır bu partiyalar. İndi öz qərarları ilə fəaliyyətlərini dayandırdılar, sual verirsən ki, niyə bağlandılar. Birincisi, başqaların işlərini müzakirə etməmişdən qabaq, insan görək öz əməllərini, öz addımlarına qiymət versin. Cəmil Həsənli, sən bir deputat mandatına görə AXCP-dan istefa vermədin? Verdin. Və verən kimi sən Cəmil Həsənli, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920)” adlı kitabında qeyd edirsən: “1998-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncamda deyilirdi...” yazılar verirdin, bu tipli müraciətlər edirdin.
Sonra növbəti parlament seçkilərə gədər illərdir təmsil etdiyin partiyanın ünvanına təhqirlər yağdırırdın sən simasız Cəmil!
Sənin dəllal olduğun vaxt da hamının yadındadır. Fərhad Əliyev nazir olan dövrdə ona korrupsioner deyən Cəmil Həsənli, onu həbs edəndən sonra müdafiə edir. Sənin Cəmil, 180 dərəcə belə dəyişilməsinin səbəbi əlbəttəki yenə də puldur. Əqidəsini, mənliyi satan sənsən Cəmil Həsənli!
2013-cü ildə prezident seçkilərində “Milli şura”, amma əslində bir-iki nəfəri çıxmaq şərtilə “Milli juliklər” adında bir təşkilat yaranmışdır. Bu təşkilat yaranan gündən anti-milli, Azərbaycan dövlətinə qarşı olan, Azərbaycan xalqına yalan danışan və yalan vədlər verən, əsil juliklər kimi yadda qaldı. Sən Cəmil “Milli juliklərin” fəxri sədrinin Rusiya vətəndaşı olduğunu bilərək, Azərbaycan xalqına yalan danışmısan: “O ayın əvvəli... ayın ortası... ayın sonu Bakıya gələcək”. Axı sən və səninlə olan juliklər yaxşı bilirdiz ki, fəxri sədrinizin Rusiya vətəndaşlığı olduğuna görə o, prezidentliyə namizəd ola bilməz!
Niyə xalqa yalan danışırdız?! Deyim niyə, çünki külli miqdarda pul gəlirdi sizlərə, ay dələduz Cəmil!
Burda bir yazı yadıma düşdü. Bir vaxtlar "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu C.Həsənli haqda yazmışdı: "Bir professor tanıyıram. Pul sayanda, əvvəlcə barmaqlarını ucuna yüngülcə tüpürür. Sonra başlayır səslə saymağa...
O professor bir korrupsionerdən aldığı paraları qəzetlərə çatdırmaqda görəvli idi. 2006-cı ildə... Korrupsioneri öldürülən jurnalistin qatili elan edəcəkdilər, hələ də həbsdə qalacaqdı....
Professoru, portfelini dolduraraq, redaksiyalara arestantın qardaşlarından biri müşayiət edirdi. Qapıdan içəri salıb, bayırda maşında gözləyirdi. Ki, qıraqda kupyorları dəyişdirməsin, atmasın, dalına keçməsin...
Lakin professor da professor idi...
Ailədən manatla aldığı paçkaları qəzet redaksiylarında sayıb, şifahi olaraq, dollarla hesablayıb, qəzerlərə də, korrupsiyaçının ailəsinə də atmağı özünə yaraşdırırdı: "Belə verdilər..." Sonra "qırdığı" məbləğı pencəyinin qoyun ciblərinə basırdı...
Bu ona çox yaraşırdı. Nəinki indiki işi...
O zaman manatın dollara nisbəti xeyli fərqli idi. 1 manat 87 sent idi. Barmaqlarına və paraya tüpürə-tüpürə, onları səslə sayıb, hər paçkadan 13 dənə yüzlük qırpışdırırıdı.
50 min manatdan 5X1300 =6500 manat.... ".
Neyisə... sənə “çörək” verənlərə tüpürə- tüpürə gedirsən Cəmil Həsənli! Səndə ağıl olmadı və bundan sonra çətin olsun!
Baku News redaksiyası