"Türkiyə prezidenti Zəngəzur dəhlizi məsələsində Azərbaycana tam dəstəyini bildirdi"

“Türkiyə prezidenti Ərdoğanın Azərbaycana səfəri onu göstərdi ki, iki ölkə arasında əməkdaşlıq uğurla davam edir. Mənim fikrimcə qardaş Türkiyə ilə olan əməkdaşlıq sarsılmazdız”

Bu fikirləri prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev Baku News-a açıqlamasında bildirib.

“İki prezident - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, öz çıxışlarında bir daha bildirdilər ki, Şuşa Bəyannaməsi  regionda sülh və sabitliyin təminatıdır. Həm Şuşa Bəyannaməsi, həm də, 9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, Zəngəzur dəhlizinin açılması qeyd edilib. Bunu geopolitik və geoiqtisadi layihələrin reallaşdırılması diqtə edir”- Fuad Əliyev qeyd edib.

Fuad Əliyev Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirlərini şərh edərkən bunu bildirib:

“Prezidentin çıxışında tam aydın görünür ki, İlham Əliyev, Zəngəzur dəhlizinin açılması ilə qətiyyətli davranmaq niyyətindədir. Geriyə dönüş yoxdur. Türkiyə prezidenti də öz çıxışında bir daha Zəngəzur dəhlizi məsələsində Azərbaycana tam dəstəyini bildirdi”.

0.075191974639893