“Tik-Tok, “Likee” və digər əyləncə şəbəkələrində yalvaran İlqar Məmmədov

Azərbaycanda siyasi partiyalar bir-birinin ardınca ictimai-siyasi vəziyyəti düzgün qiymətləndirərək  fəaliyyətlərini dayandırmaq qərarına gəliblər. Vaxtında düzgün qərar vermək, hətta, bəlkə də kimlər üçünsə bir addım geri addımlamaq, həmişə cəmiyyət tərəfindən hörmətlə qarşılanıb. Bu böyüklüyün göstəricisidir. Artıq hamı görür ki, hansı vəzifə tutduğuna baxmayaraq oturduğun “kreslodan” ikiəlli yapışmamısan və yaranan situasiyanı düzgün qiymətləndirməyə bacarırsan. Fəaliyyəti dayandıran partiyaların içində vaxtı ilə beynəlxalq təşkilatlarda təmsil olunan, deputat və nüfuzu şəxslər var. Fəaliyyəti dayandıran partiyalar “Siyasi partiyalar” haqqında yeni qanunun təkliflərini müzakirə edən zaman, bu qanunun yeni tərtibatda qəbul olunmasının tərəfdarı olmuşular və buna baxmayaraq, yenə də qeyd etmək lazımdır ki, vaxtında və düzgün qərar verdilər. Əksəriyyəti yekun bıyanatlarında “biz qarşımıza qoyduğumuz məqsədlərə çatmışıq” fikrini qeyd etmişdilər. Fəaliyyət dövrlərində heç kimə yuxarıdan aşağı baxmayıblar, özlərini “dartmayıblar” və özlərini nə hakimiyyətin, nədə ki xalqın qarşısında alçaltmadılar.

Amma Azərbaycanda belə siyasi partiyalar var ki, nəinki digər partiyalara, hətta, xalqa belə yuxarıdan aşağa baxırlar. Xalqın nə istədiyini belə anlamırlar. Xalqın qarşısında özlərini alçaldırlar. Söhbət Azərbaycan reallıqdan və xalqdan uzaq olan ReAL partiyasından və onun sədri İlqar Məmmədovdan gedir. “Soros uşaqları” siyahısına daxil olan bu İlqar Məmmədov həbsdən qabaq bir sifəti var idi, həbsdə olanda başqa bir sifət sahibi idi və həbsdən sonra bir başqa.

“Soros usaqları” siyahısında olmağı məlumatı havadan götürülməyib. Wikipedia da bununla bağlı onun haqqında məlumata rast gəlmək olur –“ 2006–2010-cu illərdə İlqar Məmmədov Açıq Cəmiyyət İnstitutu – Azərbaycan (Soros Fondu), İdarə Heyətinin üzvü olmuşdu” (https://az.wikipedia.org/wiki/%C4%B0lqar_M%C9%99mm%C9%99dov).

 

Məlumat üçün bir arayış: ReAL partiyası fəaliyyətini ReAL hərəkatı kimi başlamışdır. Və bu Hərəkatın, yenə də Wikipediaya istinadən 25 dekabr 2008-ci ildə təsis olduğunu qeyd olunur - Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL — 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. https://az.wikipedia.org/wiki/Respublika%C3%A7%C4%B1_Alternativ_Partiyas%C4%B1)

 

Deməli belə çıxır ki, 2010-cu ilə qədər Soros fondun İdarə Heyətinin üzvü olan dövrdə, 2008-ci ildə ReAL hərəkatın və sonra partiyanın sədri olur. Bundan aydın olur ki, bu partiya kimin pulu ilə yaranıb və bu günə qədər fəaliyyət göstərir!

Yəqin İlqar Məmmədov inciməsin, ona “Soros uşaqları” deyəndə.

Qayıdaq onun həbsdən qabaq  birinci sifətinə. Soros Fondan külli miqdarda vəsait alır və öz ətrafına 3-4 nəfər yığan İlqar Məmmədov ReAL hərəkatı yaradır. Məlum məsələdir ki, kimin göstərişi ilə. 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca İlqar Məmmədov artıq özü də inanır ki, o, prezident olacaq. Və İlqar Məmmədov narsisizm xəstəliyinə yoluxur.

Soros Fondundan pullar gəldikçə başqa psixoloji xəstəliklərin əlamətləri üzə çıxır. İlqar Məmmədov hesab edirdi ki, o, “real alternativdir” prezident İlham Əliyevə və məhz buna görə onu 2013-cü ildə prezident seçkilərinə bir neçə ay qalmış həbs etdilər.

İkinci sifət - həbsxana dövrü. Həbsxana dövrü İlqar Məmmədovun azadlığa çıxmaq üçün hakimiyyətə ünvanlandığı xahişləri ünvana çatmırdı. Əksinə, hakimiyyətin bir qolu gələcək işlər üçün İlqar Məmmədovdan istifadə edərək onu “şişirdirdilər”, müxalifətin yeganə lideri kimi formalaşdırmağa çalışırdılar. Xalqımızın bir hissəsi, baxmayaraq ki “vurulan” tərəf səhvdir, “vurulanın tərəfində olmaq” prinsipilə yaşıyaraq İlqar Məmmədovu dəstəklədilər. İlqar Məmmədovun özünə müavin seçdiyi 3-4 nəfər isə, onun azadlığa çıxmaq üçün canfəşanlıq etmirdilər. Niyə? Çünki onlara İlqar Məmmədovun həbsdə olmağı sərg edirdi. Soros Fondundan göndərilən pulları öz aralarında bölürdülər.

Üçüncü sifəti – azadlıqda. Həbsdən azadlığa çıxan kimi, İlqar Məmmədova inanan, dəstəkliyən, ona ümid edənlər dərhal ondan uzaqlaşdılar. Onun əsas simasını gördülər. İlqar Məmmədov bir neçə dəfə siyasi rəqibələrinə ünvanladığı aşağılayıcı ifadələr işlədib. Bununla o, ölkədə gedən siyasi proseslərdə özünü göstərə bilmədiyi üçün bu yolla diqqəti özünə cəlb etməyə çalışır. Hamının yadındadır ki, uşaqpulunun verilməsini tələb edən siyasi simaları “debil” və sair kimi ifadələrlə təhqir etmişdir. Və sozsüz ki, onu bütün cəmiyyət qınayırdı və cavabını verirdi.

İqtisadçı Qubad İbadoğlu İlqar Məmmədova cavabını belə vermişdir:

“Siz, İlqar Məmmədov, liberal, mühafizəkar, sosial-demokrat, utilitarianist, libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporotiv, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökümətyönlü mövqedə dayana bilərsiniz, amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaqpulu verilməsinin tərəfdarı olanları yaramaz, “debil” adlandırasınız”.

Keçən ilin sonunda Milli Məclis uzun müzakirələrdən sonra “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. REAL sədri İlqar Məmmədov yenə də sitayiş etdiyi AŞPA-ya müraciət edərək, Venesiya Komissiyanın bu qanunla bağlı rəy verməsini, Azərbaycan hökumətindən də bu rəyin cavabını gözləməsini istəyib. Yenə də Qərbə üz tutub öz xalqına, dövlətinə qarşı “sukalıq” edib. Ekofəallar artıq 130 günə yaxındır ki, Şuşa-Laçın yolunda aksiya keçirirlər.

Bəs indi İlqar Məmmədov niyə bununla bağlı  arxalandığı beynəlxalq təşkilatlara müraciət etmir, dövlətinin, xalqının hüquqlarının qorunması tələb, rica etmir?

 İlqar Məmmədov uğursuz fəaliyyətini ört-basdır etmək üçün bloger səviyəsinə düşüb. “Tik-Tok, “Likee” və digər əyləncə şəbəkələrində yalvarır ki, ay cammat qoymayın, biz batırıq, üzv olun partiyamıza, yoxsa biz olmasaq dünya dağılacaq.

Yeri gəlmişkən, bu İlqar Məmmədovun “siam qardaşı”, “mehriban dostu” da bizləri güldürdü. Day demə Laçında Ermənistanla sərhəddə post qurulması onun dediyindən sonra baş verib.

Qayıdaq İlqar Məmmədova. ReAL fəaliyyət dövründə 5 min üzv yığa bilməyibsə, bu illər ərzində nə ilə məşqul idi. Ay Soros Fondu, niyə bundan hesabat istəmirsən? 14 ildə verdiyin pullar hardadır? Bir soruş da Soros...

İlqar Məmmədovun yalvarmaqlarına baxmıyaraq lazım olan sayda tərəfdaş yığa bilmir. Və yenə də Qərb ölkələrin səfirləriylə gizlin görüşlər keçirir. Onlardan xahiş edir ki, hakimiyyətə təzyiqlər etsinlər və onun real olmayan “ReAL” partiyasını qeydiyyata alsınlar.

İlqar Məmmədov, özünü  yorma. Papağını qoy qabağına bir fikirləş. Hələ ki, üzüsulu gedə bilərsən. Fürsətdən istifadə et. Hələ ki gec deyil.

 

Baku News informasiya şöbəsi

0.11682796478271