Partiya lideri: Artıq referendumun kecirilmasi sosial sifarisdir

Məlum olduğu kimi, MSK uzun müddətdən sonra fevralın ilk həftələrində yenidən toplanmışdı və seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatdı.

 

Digər bir tərəfdən də, xeyli vaxtdır ki, ölkədə referendumun  keçiriləcəyi,  konstitusiyada dəyişikliklərin olacağı, Naxçıvanın status məsələsi müzakirə predmetidir. Deputatlardan biri çıxışında “Naxçıvanda seçki suyahılarınınn dəqiqləşdirilməsi daha ciddi aparılmalıdır” deyə bildirib. Ümumın seçki fəallığı  nə ilə bağlıdır?

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, MSK hər ilin əvvəlində seçici siyahılarını nəzərdən kecirir və dəqiqləsdirir. Onun fikrincə, burda qeyri-adi heç nə yoxdur.

ALDP sədri referendumun keçirilməsi ilə bağlı məsələ ətrafında son iki il ərzində gəzən söz-söhbətlərin fonuna diqqət çəkib:

“Hesab edirəm ki, Vətən Müharibəsindən sonra Konstitusiyada bir neçə dəyisiklik etmək lazimdir, o cümlədən də Naxçıvanın statusu ilə bağlı. Artıq referendumun kecirilmasi sosial sifarisdir. Konstitusiya dəyisiklikləri ilə bagli təkliflərimizi vermisik. Nazirlər Kabinetinin ləgv edilməsi və Vitse-prezidentlik instituna genis imkanlar verilməsi, proporsional secki sistemin bərpasi, İcra hakimiyyətlərinin ləgv olunmasi və prezidentin 9 regional nümayandələrinin təyin olunması, böyuk şəhər bələdiyyələrin yaradılmasi ilə və sair məsələlərlə bağlı təkliflərimizi vermisik. Bu il MSK –da seçki və referendum xərcləri büdcədə 30 milyon nəzərdə tutulub. Bunu nəzərə alsaq, ola bilsin ki, bu il referendum kecirilsin. Amma bununla bagli Milli Məclis təşəbbüslə çıxış etməli, dövlət başçısına müraciət etməlidir”.

/Versus/

0.10974502563477