Kerem Aktürkoğlu Portuqaliya Liqasının ən yaxşı oyunçusu seçilib

"Benfika"nın türkiyəli yarımmüdafiəçisi Kerem Aktürkoğlu Portuqaliyada növbəti uğura imza atıb.

Xeber-ps.com xəbər verir ki, 26 yaşlı hücumçu sözügedən ölkədə son iki ayın - sentyabr və oktyabr aylarının ən yaxşı futbolçusu seçilib.

Xatırladaq ki, 26 yaşlı türkiyəli ulduz "Braqa" forması ilə çıxdığı 8 oyunda 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kərəm Aktürkoğlunun "Benfika" ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

0.10673880577087