Bakının Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın məhdudlaşdırılıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bakıda güclü yanğın məhdudlaşdırıldı: Hadisə yerindən GÖRÜNTÜLƏR
Bakının Nizami rayonunda başlayan yanğın davam edir.
Xeber-ps.com ərazidən yeni görüntüləri təqdim edir:
Paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə Xeber-ps.com Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən bildirir.
Qeyd olunur ki, polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.
Bakının Nizami rayonunda yanğın başlayıb.
Xeber-ps.com-ın məlumatına görə, Babək prospektində yerləşən obyektlərdən biri yanır.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "qaynar xətti"nə Bakı şəhəri, Babək prospektində obyektdə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:
"Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək".
Əzizə İsmayılova