Misli Premyer Liqasında "Turan Tovuz" "Kəpəz"i məğlub edib.
Xeber-ps.com xəbər verir ki, XI turun açılış matçında Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.
Oyunda hesabı 15-ci dəqiqədə tovuzluların heyətində Veysəl Rzayev açıb. 76-cı dəqiqədə "Kəpəz"in heyətində penalti zərbəsini dəqiq yerinə yetirən Luis Paçu "status-kvo"nu bərpa edib. Ev sahibləri qələbə qolunu 90+3-cü dəqiqədə vura biliblər. Qolun müəllifi Emmanuel Hakman müəllifi olub.
Qeyd edək ki, qələbə sayəsində "Turan Tovuz" xallarının sayını 24-ə çatdırıb. Bununla da Tovuz təmsilçisi lider "Qarabağ"la eyni xala malik olub. "Kəpəz" isə 3 xalla sonuncu sırada qərarlaşıb.
Tura oktyabrın 26-27-də keçiriləcək oyunlarla yekun vurulacaq.
Misli Premyer Liqasında XI tura bu gün bir oyunla start veriləcək.
Xeber-ps.com xəbər verir ki, günün yeganə matçı Tovuz şəhər stadionunda baş tutacaq.
"Turan Tovuz" doğma meydanda "Kəpəz"lə üz-üzə gələcək. Qərb derbisi saat 19:00-da başlayacaq.
Hazırda "Turan Tovuz" 21 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Sonuncu - 10-cu olan "Kəpəz"in 3 xalı var.
Misli Premyer Liqası
II dövrə, XI tur
25 oktyabr
19:00. "Turan Tovuz" - "Kəpəz"
Tovuz şəhər stadionu.