Bakıda dövlət komitəsi "genişlənmək" istəyən sahibkarı məyus etdi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhərsalma monitorinqi çərçivəsində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən qeyri-yaşayış obyektinin ərazisində növbəti dəfə razılaşdırılmamış artırma işlərinin aparılması faktını aşkarlayıb.

Bu barədə Xeber-ps.com-a komitədən bildirilib.

Vurğulanıb ki, aparılan operativ tədbirlər nəticəsində metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında aparılan tikinti işləri dayandırılıb, qanun pozuntusu barədə aidiyyəti qurumlara məlumat verilib.

0.091936111450195