İsmail Kartal Azərbaycan klublarından təklif aldığını təsdiqləyib

"Fənərbağça"nın sabiq baş məşqçisi İsmail Kartal Azərbaycandan təklif alıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə "İstanbulspor" klubunun baş məşqçisi Osman Zeki Korkmaz "Radyospor"a açıqlamasında deyib.

"İsmail bəylə davamlı görüşürəm. İndi istirahət edir və liqaları izləyir. "Fənərbağça"dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanı və Azərbaycandan təkliflər alıb. Düzgün layihəni gözləyir. Onun üçün hər şeyin daha yaxşı olmasını istəyirəm".

Qeyd edək ki, İsmail Kartal 2022-2024-cü illərdə "Fənərbağça"da işləyib.

0.075942039489746