Rusiyanın Krasnodar vilayətində zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, seysmoloqlar Krasnodardan 29 km uzaqlıqda 4,5 bal gücündə təkanlar qeydə alıblar. Zəlzələ yerli vaxtla saat 14:19 (Bakı vaxtı ilə 15:19) baş verib.
Ölənlər və xəsarət alanlar barədə hələlik xəbər yoxdur.
Mənbə: TASS