Gürcüstan TV-lərində "Basqalı" rəqsi "erməni şalaxosu" kimi təqdim edilib? - Agentlik AÇIQLADI

"Əqli Mülkiyyət Agentliyi Gürcüstanın "1TV.CE", "İMEDİ" və "Rustavi" telekanallarında Azərbaycana məxsus "Basqalı" rəqsinin "Somxuri şalaxo - erməni şalaxosu" kimi təqdim edilməsi, eləcə də "Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsi ilə bağlı göndərilən etiraz məktubuna cavab gözləyir".

Bunu "Report"un əməkdaşının sualına cavab olaraq Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ermənilər tərəfindən müəllif hüquqlarının oğurlanması faktları ilə bağlı Əqli Mülkiyyət Agentliyi araşdırmalar aparır və ona reaksiya verir:

"Bütün plagiat materiallar istər tarixi, istərsə də etimoloji və ya hüquqi cəhətdən ifşa edilir. Gürcüstan bizə dost ölkədir. İndi seçkiyə görə gürcülərin başı bir az qarışıb. Bizə verəcəkləri cavab və təklifləri gözləyirik".

0.091790914535522