Qınadığı şəxslə cinsi əlaqədə oldu, borc pul istədi, qətlə yetirdi - MƏHKƏMƏ İŞİ

Sabunçu rayonunda yaşıdını qətlə yetirməkdə təqsirləndirilən 19 yaşlı Rəhim Əsədovun cinayət işinə baxış iclası keçirilib.

Xeber-ps.com-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin ifadəsi dinlənilib. Onun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə danışdıqları arasında ziddiyyət yarandığından prokurorun təklifi ilə Rəhim Əsədovun istintaqa verdiyi ifadəsi elan edilib.

Təqsirləndirilənin ifadəsindən məlum olub ki, o, Rəşid İmanovu bir müddət əvvəl tanıyıb. Sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıblar. Rəşidin paylaşdığı fotolardan və onlara yazılan rəylərdən Rəhimə məlum olub ki, Rəşidin cinsi oriyentasiyasında fərqlilik olub. Ona irad bildirərək bu kimi şəkillər paylaşmamağı tövsiyə edib. Rəhim ilk dəfə Rəşidlə Balaxanıda, onun yaşadığı evdə görüşərkən 50 manat borc istəyib. Bu zaman Rəşid ona əxlaqsız təklif edib.

R.Əsədov istintaqa ifadəsində qeyd edib ki, onunla ilk dəfə oral yolla cinsi əlaqədə olduqdan sonra Rəşiddən 50 manat alıb. Onların ikinci görüşü isə bir müddət sonra baş tutub. Rəhim yenidən 100 manat borc istəyəndə Rəşid onu bu dəfə də Balaxanıda, "Fazenda" deyilən ərazidəki evinə dəvət edib. Onlar həmin evdə görüşərkən qeyri-təbii yolla cinsi əlaqədə olublar. Rəhim 100 manatı istəyərkən Rəşid onu təhqir edib, söyüb. Rəhim evdən tapdığı bıçaqla Rəşidin boğazına iki zərbə vuraraq onu qətlə yetirib, sonra hadisə yerindən qaçıb.

Zərərçəkənin hüquqi varisi olan atası isə ifadəsi zamanı oğlunu öldürəni bağışladığını deyərək, ondan şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddələri ilə cinayət işi başlanılıb.

0.11147713661194