Sabah Sumqayıt şəhərinin bir sıra yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Xeber-ps.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə 110/10 kV-luq "Sumqayıt-2" yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 31-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək 6, 9, 10, 12, 13-cü mikrorayonlar, 47, 48-ci məhəllə, Yaşıldərə yaşayış massivi, Corat və Saray qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.