Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı mikroavtobus aşıb. Nəticədə bir nəfər müəyyən dərəcəli bədən xəsarətləri alıb.
Bu məlumat Xeber-ps.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"30 oktyabr saat 09:35-də Hacıqabul-Şirvan magistral yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1960-cı il təvəllüdlü bir nəfər (qadın cinsli) səthi travma ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Sol bud-çanaq oynağı və sol diz oynağında səthi travma xəsarətləri alan şəxsə Təcili yardım şöbəsində zəruri tibbi xidmət göstərilib və vəziyyəti stabil olduğu üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Hacıqabulda mikroavtobus aşıb, üç nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Hacıqabul yolunda baş verib.
"Mercedes-Benz" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda mikroavtobusun aşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI