Zülfüqar Rüfətoğlu Londonda dəfn olundu

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müsəlmanların dəfn olunduğu "Firdaus bağçası" adlı qəbiristanlıqda torpağa tapşırılıb.

Xeber-ps.com xəbər verir ki, dəfn mərasimində Z.Rüfətoğlunun dostları və ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, o, noyabrın 9-u Londonda qaraciyər xərçəngi səbəbi ilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, "Qızıl qələm" mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.

0.17551207542419