Türkiyənin İstanbul şəhərində metronun "Yenikapı" stansiyasında səhər saatlarında naməlum səbəbdən yanğın baş verib.
Xeber-ps.com-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə İstanbul metrosunun rəhbərliyi açıqlama yayıb.
Yanğının dayanacaqdakı eskalatorda başlandığı deyilib.
Məlumata görə, qəfil hər yeri tüstü bürüyüb və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
"M2 Yenikapı-Hacıosman metro xəttinin Yenikapı stansiyası müvəqqəti olaraq fəaliyyətə bağlanıb. Səfərlər Vezneciler-Hacıosman stansiyaları arasında həyata keçirilir", - deyə məlumatda bildirilib.
Həmçinin səfərlərin Yenikapı-Vezneciler stansiyaları arasında pulsuz avtobuslar vasitəsilə həyata keçiriləcəyi qeyd edilib.