Futbolçu karyerasını başa vuran Andres İnyesta Danimarka klubunun sahibi olub

İspaniya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Andres İnyestanın "Never Say Never" (NSN) şirkəti Danimarkanın "Helsinger" klubunu alıb.

Xeber-ps.com xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə yerli "Sport TV2"yə açıqlamasında bildirib.

O, klubu inkişaf etdirməyə və təkmilləşdirməyə çalışacağını söyləyib.

2005-ci ildə yaranan "Helsinger" klubu ev oyunlarını 4000-dən çox tamaşaçı tutumu olan eyniadlı stadionda keçirir. Hazırda ölkənin üçüncü divizionunda mübarizə aparan komanda 2017/2018 mövsümündə Danimarka Superliqasında çıxış edib.

Qeyd edək ki, son olaraq Birləşmiş Ərəb Əmirliklərində "Emireyts"in formasını geyinən İnyesta ötən ay karyerasını başa vurub.

0.089262008666992