Albaniya klubu ilə yollarını ayıran Amil Yunanov Azərbaycan klubuna keçəcək

Son olaraq Albaniyanın "Bilis" klubunda çıxış etmiş Amil Yunanov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Xeber-ps.com xəbər verir ki, 31 yaşlı mərkəz hücumçusu yenidən "Səbail"in uğurları üçün çalışacaq.

Superliqa təmsilçisi ilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulan müqaviləsini vaxtından əvvəl pozan Yunanov "dənizçilər"lə anlaşacaq.

Bildirək ki, təcrübəli forvard bu ilin sentyabrında Albaniya klubuna keçmişdi.

0.21958994865417