Vətəndaşı şantaj edən sabiq deputatın şikayəti əsasında məhkəmə başlayır

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.

Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli

Hökmdə qeyd edilib ki, N.Bəydəmirlidən 49 min 740 manat tutularaq zərərçəkmiş Mürsəl İbrahimova ödənilməlidir.

Qeyd edək ki, N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb.

0.15851020812988